SON XƏBƏRLƏR

Güneydə insan haqlarının durumu BMT-də müzakirə olunub: Toplantıya "Ərk" cəmiyyəti də qatılıb

2022.03.02, 04:56
Güneydə insan haqlarının durumu BMT-də müzakirə olunub: Toplantıya "Ərk" cəmiyyəti də qatılıb

Gunaz.tv

Qurum toplantıda Güney Azərbaycanda insan haqlarının durumu ilə bağlı mövqeyini bildirib.

Bir çox nümayəndələr və insan haqları müdafiəçisi koronavirus məhdudiyyətlərinə görə önəmli toplantıya onlayn olaraq qatılıblar.

Qeyd edək ki, güneyli hüquq müdafiəçiləri bir müddət bundan öncə 2021-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) azlıqlar forumunun illik 14-cü toplantısında çıxış edib.

Onlar güneyli hüquq müdafiəçiləri güneyli siyasi məhbuslar Abbas Lisani, Əlirza Fərşi və yenicə 16 illik həbs cəzasına məhkum olunan Pərviz Siyabi Gürcanın durumu barədə danışıblar.  

Çıxışçılar BMT-dən İranda ayrı-seçkilik olmadan inklüziv təhsil haqqının hamı üçün tanınması və etniklərə qarşı nifrət aşılayan təbliğatın durdurulmasına yönəklik fəaliyyətə dəstək istəyiblər.

Güneyli hüquq qoruyucuları dinc etiraz aksiyalarına qatıldıqları üçün milli-mədəni fəallara qarşı İran məhkəmə sisteminin tətbiq etdiyi şallaq, həbs və cərimə cəzalarının pislənilməsini tələb ediblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar