SON XƏBƏRLƏR

Güney Azərbaycanda vəkillərin həbsi davam edir- Əmir Mehdipur saxlanılıb

2022.10.17, 08:26
Güney Azərbaycanda vəkillərin həbsi davam edir- Əmir Mehdipur saxlanılıb

Gunaz.tv

Azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Əmir Mehdipurun həbsi barədə xəbər yayıb.

"Məlumatlara görə, fəal və Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyasına üzv olan 15 vəkilin həbs edilməsi planlaşdırılıb.

SEPAH-ın təhlükəsizlik bölməsi onlara "hökumətə qarşı təbliğat və məhkəmə sistemi məsullarına təsir etməyə cəhd" kimi ittihamlar irəli sürməyə hazırlıq görür.

Qeyd edək ki, son günlər Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyasının sədr müavini Sina Yusifi, Qasım Bodi və Əmir Mehdipur adlı vəkillər həbs ediliblər.

Vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar