SON XƏBƏRLƏR

Güney Azərbaycan əyalətlərində rabitə işçilərinin etiraz aksiyaları keçirilib-VİDEO

2022.07.13, 03:31
Güney Azərbaycan əyalətlərində rabitə işçilərinin etiraz aksiyaları keçirilib-VİDEO

Gunaz.tv

İyulun 12-də Güney Azərbaycan əyalətlərində rabitə işçiləri dolanışıq problemlərinin çoxluğu və əmək haqlarının artırılmamasına görə etiraz aksiyaları keçiriblər.

Urmu, Təbriz, Ərdəbil, Zəngan və başqa şəhərlərdə narazılar Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşaraq inflyasiya və bahalığını şiddətləndiyi vaxtda əmək haqlarının artırılması ilə bağlı vədlərin yerinə yetirilməməsindən narazılıqlarını bildiriblər.

Bununla yanaşı eyni gündə İranın onlarla başqa şəhərində Rabitə Nazirliyinin işçiləri İranın onlarla şəhərində oxşar istəklərlə aksiyaya əl atıblar.

İyulun 12-də İranın müxtəlif bölgələrində rabitə, tibb, neft-kimiya işçilərinin 51 etiraz aksiyası keçirilib.

Cavidan  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar