SON XƏBƏRLƏR

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023.03.24, 07:09
Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

İran Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 06:46-da yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Seysmoloji Mərkəzin məlumatında zəlzələnin Xoy şəhərininin 19, Salmasın 24 və Təzəşəhərin 29 kilometrliyində baş verdiyi bildirilib.

Yeraltı təkanın əyalət mərkəzi Urmu şəhərində və Azərbaycan Respublikasının Naxcıvan bölgəsində 4.6 bal gücündə hiss edilib.

Qərbi Azərbayca əyalətinin Böhran İdarəetmə Mərkəzi zəlzələ baş verən bölgəyə axtarış və xilasetmə dəstələrinin göndərildiyini, ehtimal edilən insan itkisi və dağıntılar barədə araşdırma başladıldığını qeyd edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar