SON XƏBƏRLƏR

Güney Azərbaycanda onlarla fəal həbs edilib

2022.09.30, 07:11
Güney Azərbaycanda onlarla fəal həbs edilib

Gunaz.tv

Zəncan əyaləti valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Əbülfəz Rəfii sentyabrın 30-u səhər saatlarında mediaya verdiyi açıqlamada Zəncanda çox sayda şəxsin həbs edildiyini söyləyib.

Etiraz aksiyalarını iğtişaş adlandıran vali müavini, saxlanılanların baş verən kütləvi aksiyalara rəhbərlik etdiklərini, bəzilərinin əyalətə kənardan gəldiklərini iddia edib.

Aksiyaları "düşmənlərin islam hakimiyyətinə qarşı təxribatları" adlandıran Rəfii etirazçıları məscidləri, "Quran"ı və başqa müqəddəsləri təhqir etməkdə, yandırmaqda ittiham edib.

Vali müavini saxlanılanların sayı və kimliyi barədə heç bir açıqlama vermədən onlara qarşı ən sərt cəzaların veriləcəyini bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar