SON XƏBƏRLƏR

Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “Həyat yoldaşımın öldürülməsinə imkan verməyin”

2022.05.23, 04:09
Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “Həyat yoldaşımın öldürülməsinə imkan verməyin”

Gunaz.tv

“Ümid edirəm ki, Avropa Birliyi qəti addım ataraq Əhmədrzanın evə qaytarılmasına nail olacaq. Avropa Birliyi günahsız bir insanın qeyri-insani şəkildə öldürülməsinə göz yummamalıdır”-deyə, Almaniyanın ZDE televiziya kanalına müsahibə verən Mehranniya bildirib.

Əhmədrza Cəlalinin vəkili Halə Musəviyan isə mediaya verdiyi açıqlamada müvəkkilinin yeni məhkəmə iclasının keçirilməsi ilə bağlı İran Məhkəmə Sisteminə müraciət etdiyini deyib.

"Əhmədrza Cəlalinin nüvə alimlərinin kimliyinin müəyyənləşdirilməsində rolunun olması ilə bağlı heç bir sübut olmadığı üçün onun işinə yenidən baxılmalıdır"-deyə, Musəviyan Fransa xəbər agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Şərqi Azərbaycan əyalətinin Sərab şəhərindəndir və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. 

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar