SON XƏBƏRLƏR

"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

2023.05.27, 11:15
"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

Gunaz.tv

Bu barədə əkizlərin atası Vəhid Baqirpur özünün sosial media hesabında paylaşım edərək övladlarına türk adı seçdiyi üçün İran Qeydiyyat İdarəsi tərəfindən incidildiyini yazıb.

"İranda və hakimiyyətdə çox dəyişikliklər olsa da, bir şey dəyişilməz qalb.

O da, İranda hakim rejimin İranda yaşayan xalqlara, xüsusilə azərbaycanlılara sistemli faşist münasibətidir",- Baqirpur bildirib.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır.

Onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar