SON XƏBƏRLƏR

"15 milyon insanın həyatı təhlükədədir"-Güneyli ekoloq

2022.07.07, 08:48
"15 milyon insanın həyatı təhlükədədir"-Güneyli ekoloq

Gunaz.tv

Ekoloq1 5 milyon insanın həyatının təhlükədə olduğunu deyib.

Bayburdinin dediyinə görə, hal-hazırda Urmu gölündə suyun səviyyəsi 1270/77 metrdir və ötən ilin oxşar dövrü ilə müqayisədə daha 66 santimetr azalıb.

Gölün sahəsi isə 2489 kvadrat kilometr olmaqla ötən ilə nisbətdə 1015 kvadrat kilometr kiçilib. Göldə mövcud olan su həcmi isə 3/11 milyard kubmetrdir və bundan öncəki oxşar dövrlə müqayisədə suyun həcmində 2/18 milyard kubmetr azalma müşahidə olunur.

"Quraqlıq, su və qar ehtiyatlarının azalması, yay aylarında əhalini içməli və əkinçilik suyu ilə təmin etmək məqsədi ilə bəndlərdən Urmu gölünə suyun buraxılması dayandırıldı. Bu, Urmu gölünün su həcminin və sahəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu.

Gölün yalnız yağıntılar və qurunt suları ilə yenidən dirçələcəyi barədə iddialar absurddur"-deyə, Əhməd Bayburdi Təbrizin "Azərəncümən" saytına müsahibəsində bildirib.

O, 8 il bundan öncə gölün bərpası üçün 27 başlıqda layihənin hazırlanaraq Urmu Gölünün Bərpası Qərargahına göndərildiyini, ancaq bu günə kimi yalnız gölə su transferi ilə bağlı layihənin yarımçıq olaraq icra edildiyini və qalan 26 layihənin kənara atıldığını deyib.

"Urmu gölünün quruması nəticəsində ölkənin şimal-qərb bölgəsində yaşayan 15 milyon insanın həyatı təhlükə ilə üzləşəcək. Duz fırtınaları çoxalacaq, əkin, bağ sahələri məhv olacaq, insanlarda tənəffüs və başqa oxşar problemlər tüğyan edəcək"-deyə, Bayburdu xəbərdarlıq edib.

Ekoloq müsahibəsinin sonunda bundan öncə Urmu Gölünün Bərpa Qərargahı və başqa ilgili qurumlara göndərdiyi həll planları, ekoloji fəlakətinin qarşısının alınması yolları barədə fikirlərini bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar