SON XƏBƏRLƏR

Güneyli fəal aclıq aksiyası keçirir

2022.06.16, 04:22
Güneyli fəal aclıq aksiyası keçirir

Gunaz.tv

Güney azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi 35 gündür Tehranın Evin zindanında qyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirir. 

Bundan öncə ailəsi ilə telefon danışığı zamanı qanunsuz həbs edildiyini bildirən fəal, “həbsxanaya şaquli vəziyyətdə gətirilmişəm, buradan isə qəbristanlığa üfüqi vəziyyətdə gedəcəyəm” deyən Şəhabi, iyunun 13-dən aclıq aksiyasına əl atıb.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar