SON XƏBƏRLƏR

Güneyli fəal Əsgər Fərəci Evin zindanına köçürülüb

2022.06.23, 07:37
Güneyli fəal Əsgər Fərəci Evin zindanına köçürülüb

Gunaz.tv

Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “qanunsuz və hökumətə qarşı olan GAMAC-a üzv olmaq”, “kitab nəşr edib yaymaqla hökumətə qarşı təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq üçün sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan Fərəci 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edilib.

İlkin məhkəmənin hökmünə etiraz etdikdən sonra onun işinə yenidən baxılıb və cəzası 5 ilə endirilib.

Qeyd edək ki, Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, Azərbaycana dəstək şüarları yazılmış plakat və afişalar çap etdiyinə görə həbs olunmuşdu. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar