SON XƏBƏRLƏR

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022.08.08, 09:29
Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

Gunaz.tv

Mehdi Tanrı kimi tanınan Mehdi Müəzzəmi Tehranda iki bidon su dolduraraq Urmu gölünə aparıb və orada suyu gölün qurumuş yatağına boşaldıb.

Bu simvolik aksiya sosial mediada maraqla qarşılanıb.

Güneyli fəal bununla İran məsullarının Urmu gölünün canlandırılması üçün əməli addım atmadıqlarına işarə edib.

O, azərbaycanlıları gölün canlandırılması üçün hərəkətə keçməyə çağırıb.

Türkcə şeir oxuyan Mehdi Müəzzəmi Kərbəla çölündə baş verənlərə yas tutan İran hökumətinin Urmu gölünün susuzluğuna biganə qaldığını bildirib.

 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar