SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçiləri "Qərçək" zindanının bağlanmasını tələb edib

2022.08.06, 06:03
Güneyli hüquq müdafiəçiləri "Qərçək" zindanının bağlanmasını tələb edib

Gunaz.tv

Avqustun 5-də yayılan bəyanatda qeyd olunur ki, "Qərçək" qadın zindanında hakim olan acınacaqlı durum dini istibdad hökumətinin qadınlara münasibətinin nümunəsidir.

Siyasi məhbuslar Qərçək zindanında ağır şəraitinin hökm sürdüyünü, ən ibtidai imkanların olmadığını vurğulayıb, dövlət məmurlarının, həbsxana mühafizəçilərinin və tibb işçilərinin qadın məhbuslara münasibətinin aşağılayıcı və insan ləyaqətinə zidd olduğunu bəyan ediblər.

Qeyd edək ki, bir müddət bundan öncə “Qərçək” zindanının dözülməz şəraiti ilə bağlı İran İnsan Haqları Birliyi sədrinin müavini, siyasi məhbus Nərgiz Məhəmmədi və hüquq müdafiəçisi Aliyə Mətləbzadə açıq məktub yazmışdılar.  

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözülməz olduğunu və qadın məhbusların həyatına laqeyd yanaşıldığını bildirib.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib.

Yaxın Şərqin ən böyük qadın zindanı olan "Qərçək"in 1200 nəfər tutumu olmasına baxmayaraq hal-hazırda orada 1500 qadın məhkum saxlanılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar