SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi: “Məni zindanda öldürmək istəyirlər”

2022.04.17, 09:58
Güneyli hüquq müdafiəçisi: “Məni zindanda öldürmək istəyirlər”

Gunaz.tv

O, ürəyində cərrahi əməliyyat keçirildiyini, ürək damarına stend qoyulduğunu və həkimlərin ona yazdıqları dərmanların zindan deposunda saxlanılaraq özünə qaytarılmadığını bildirib.

Məhəmmədi bundan öncə tanınmış yazıçı və rejissor Abtin Bəktaşın zindanda başına gətirilənlərin indi ona qarşı həyata keçirilərək həyatına son qoyulması üçün çalışıldığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilib, təzyiqlərə məruz qalıb.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar