SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi BMT İnsan Hüquqları Şurasında çıxış edib-VİDEO

2022.03.10, 05:12
Güneyli hüquq müdafiəçisi BMT İnsan Hüquqları Şurasında çıxış edib-VİDEO

Gunaz.tv

"Ana dili hamı üçün keyfiyyətli təhsilin təmin edilməsində dəyərli sərvətdir və 2030-cu sənədin 4-cü maddəsində keyfiyyətli təhsilin vacibliyi vurğulanır.

İranda şagirdlərin böyük əksəriyyəti ana dilindən başqa dildə təhsil alır və İrandakı təhsil sistemi repressiv siyasətə qulluq edir.

İran Konstitusiyasının 30-cu maddəsinə əsasən, hökumətin hamı üçün pulsuz təhsilə zəmanət verməyə borclu olmasına baxmayaraq, təhsil pulsuz deyil, bahadır və etnik, milli azlıqların təhsil şəraiti, özəlliklədə də qızlar üçün çox ağırdır"-Jalə xanım çıxışında bildirib.
 
Onun sözlərinə görə, xüsusi məruzəçi professor Cavid Rəhmanın İranla bağlı hesabatında Konstitusiyanın 15-ci maddəsinə 43 ildir əməl olunmadığını və bu qanunun icra olunmadığını vurğulanır.

"İddialarının əksinə olaraq, İran hökuməti azlıqların dillərini, xüsusən də Azərbaycan türkcəsini ölkənin təhlükəsizliyinə təhdid yaradan amil kimi dəyərləndirib və bu dili aradan aparmaq siyasəti yürüdür”-deyə, J.Təbrizli bildirib.

Jalə Təbrizi İran hökumətinin qeyri-fars dilləri ilə bağlı mürtəce qanun layihəsi hazırladığını bildirib:

"Ən dəhşətlisi isə odur ki, ölkə təhsili qeyri-fars uşaqların məktəbə qəbul zamanı fars dili imtahanından keçməsini məcburi edən qanun layihəsi hazırlayıb. Biz bu testin ləğv olunmasını istəyirik.

Onu da əlavə edim ki, azərbaycanlı fəallar, yazıçılar və tərcüməçilər, o cümlədən  Ruzbeh Piri mədəni və ictimai fəaliyyətlərinə görə Təbriz zindanında saxlanılır.

Biz onun qeyd-şərtsiz azad edilməsini tələb edirik".

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar