SON XƏBƏRLƏR

Ürək əməliyyatı olunmuş Nərgiz Məhəmmədi həbsxanaya qayıdacaq

2022.04.12, 10:31
Ürək əməliyyatı olunmuş Nərgiz Məhəmmədi həbsxanaya qayıdacaq

Gunaz.tv

Bundan öncə barəsində çıxarılan hökmlərin heç bir hüquqi əsası olmadığını, onlara tabe olmayacağını və vətəndaş itaətsizliyinə əl atacağını bildirən Məhəmmədi, son açıqlamasında başqasının onun tibbi məzuniyyətə buraxılması üçün evini girov qoyduğunu xatırladıb.

O, hökumətin girov qoyan şəxsə təzyiqlər etiyini və evinin əlindən alınması ilə hədələdiyini deyərək. zindana qayıtmaq məcburiyyətində qaldığını söyləyib.

Dostları və fəalların girovu ödəmək barədə yardımlarını təklif etdiklərini deyən Nərgiz Məhəmmədi, pzünə qarşı çıxarılan qərarların heç bir qanuni əsası olmadığı üçün bu hökmlərə görə dövlət büdcəsinə bir qıran belə ödəmək fikrində olmadığını, buna görə yardım təkliflərindən imtina etdiyini bildirib.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar