SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə yeni cinayət işi açılır

2022.08.31, 07:55
Güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə yeni cinayət işi açılır

Gunaz.tv

O, saxlanıldığı Evin zindanı Prokurorluğunun 2-ci istintaq bölməsinə çağırılıb və ittiham elan edilib.

Evin həbsxanasında cəza çəkən xanım Məhəmmədi qanuni tələblərinin yerinə yetirilməməsinə və vəkillə görüşünə icazə verilməməsinə etiraz edib.

Hüquq müdafiəçisi suallara cavab verməkdən və iclas protokolunu imzalamaqdan imtina edib.

"Nərgiz Məhəmmədi bildiriş üçün qanuni müddəalara əməl olunmadığına və vəkilləri ilə görüşməsinə imkan verilmədiyinə görə, suallara cavab verməyə və hesabatı imzalamağa razı olmayıb.

Habelə, Nərgiz Məhəmmədi 2-ci istintaq bölməsinin müstəntiqinə qarşı şikayət etdiyinə görə, onun məhbusun cinayət işini araşdırmaq hüququ yoxdur"-deyə, vəkil Mustafa Nili özünün sosial media hesabında paylaşım edib.

O, yeni cinayət işinin təfərrüatı və buna görə xanım Məhəmmədiyə daha nə qədər cəza veriləcəyi ilə bağlı ətraflı məlumat verilmədiyini deyib.

Nərgiz Məhəmmədiyə qarşı yeni cinayət işinin açılması onun bundan öncə "Qərçək" və "Evin" zindanlarında qadın məhbusların ağır şəraitdə saxlanılması ilə bağlı məsələni ictimailəşdirməsi ilə əlaqədar olduğu ehtimal edilir.

Əslən Zəncan (Zəngan) şəhərindən olan Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib. 

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilmişdi, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad edilmişdi.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda "Qərçək" zindanında məhkumluq dövrünü yaşayır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar