SON XƏBƏRLƏR

Rusiyanın Ukraynaya təcavüzünü pislədiyinə görə Nərgiz Məhəmmədiyə əlavə cinayət işi açılıb

2022.09.02, 05:34
Rusiyanın Ukraynaya təcavüzünü pislədiyinə görə Nərgiz Məhəmmədiyə əlavə cinayət işi açılıb

Gunaz.tv

Bu barədə İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Tağı Rəhmani "Radio Fərda"-a müsahibəsində bildirib.

Həbsdə olan xanım Məhəmmədi barəsində Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyən bəyanat yaydığı üçün yeni iş açıldığını deyib.

"Yeni cinayət işində Nərgiz xalqı üsyana dəvət etməkdə günahlandırılıb. Görünür ağaların fikrincə, Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı çıxmaq cinayətdir"-deyə, Rəhmani bildirib.

O, həyat yoldaşının 30 ay həbs, 70 zərbə şallaq cəzasına məhkum edilməsindən sonra bir daha ona qarşı əlavə olaraq 6 il həbs və 75 şallaq cəzasının verildiyini deyib və onun cinayət işinin birləşdirməməsini qanunsuz adlandırıb.

"İran hökuməti Nərgizi girov götürüb, dəfələrlə müraciətinə baxmayaraq onun uşaqları ilə telefon danışığına belə icazə verilmir"-deyə, Tağı Rəhmani həyat yoldaşına qarşı basqıların günü-gündən çoxaldığını qeyd edib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar