SON XƏBƏRLƏR

Güneyli idmançı Livan yığma komandasının baş məşqçisi seçilib

2022.04.16, 10:44
Güneyli idmançı Livan yığma komandasının baş məşqçisi seçilib

Gunaz.tv

Salehi Livan komandasını Asiya və dünya taekvando yarışlarına hazırlamaq üçün dəvət olunub və 2022-ci ilin sonuna kimi o ölkədə çalışacaq.

Bundan öncə Livanın taekvando klublarından birinin baş məşqçisi kimi bu ölkəyə dəvət olunan Fərzad Salehi, Livan İdman Nazirliyinin xahişi ilə milli komandanın rəhbərliyini qəbul edib.

Güney Azərbaycanın Miyana şəhərindən olan Fərzad Salehi 10 yaşından taekvando idman növü ilə məşğul olub.
O, 2011-ci ildə dünya birincisi olmaqla yanaşı, dəfələrlə Asiya birincisi olub və müxtəlif yarışlarda onlarla qızıl və gümüş medallar qazanıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar