SON XƏBƏRLƏR

İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

2022.08.12, 09:06
İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

Gunaz.tv

Huşunu itirdikdən sonra xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da idmançının həyatını xilas etmək mümkün olmayıb.

Həmədan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Mürtəza Sepəhvənd hadisənin necə baş verdiyi barədə heç bir açıqlama verməyib.

"Bu düşərgə bilavasitə Boks Federasiyasının nəzarəti altında keçirildiyi üçün baş verə biləcək hər hansı qəza və insident üçün məsuliyyət düşərgənin və Boks Federasiyasının üzərinə düşür"-deyə, o, məsuliyyəti üzərindən atmağa çalışıb.

Sepəhvənd təəssüflə komandanın yaxşı şəraitdə olmadığını və idmançılara lazımi qayğı göstərilmədiyini bildirib.

İran Boks Federasiyasının başçısı Hüseyn Suri mediaya verdiyi açıqlamada idmançının ölüm səbəbi barədə heç nə deməyib.

O, Tibbi Ekspertiza Mərkəzinin rəyini gözlədiklərini deyib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar