SON XƏBƏRLƏR

"Rejimə qarşı təbliğat"da suçlandırılan güneyli jurnalist həbs olundu

2021.10.28, 06:25
"Rejimə qarşı təbliğat"da suçlandırılan güneyli jurnalist həbs olundu

Gunaz.tv

M.Ağayi mədəniyyət və media üzrə məhkəmə iclası keçirilmədən rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 aylıq həbs cəzasına məhkum edilib.

O, mədəni və mətbuat sahəsində fəaliyyət göstərib və bölgənin İran parlamentindəki nümayəndəsi Mehdi İsazadənin təklifi ilə Qoşaçay mahalının iki ayrı mahala bölünməsinin müxaliflərindən olub.

Mənuçöhr Ağayi bundan öncə "twitter" hesabında etdiyi paylaşıma görə Qoşaçayın dövlət idarələrinin birinin başçısı tərəfindən çağrılaraq döyülmüşdü.

Media nümayəndəsi bundan öncə özünün sosial media hesabında etdiyi paylaşımda barəsində çıxarılan həbs qərarının səbəbini açıqlayıb.

Bildirib ki, bu qərarın çıxarılmasının səbəbi idarə etdiyi xəbər portalının şərh bölümündə oxucuların yazdığı fikirlər, özünün sosial mediada etdiyi paylaşımlar olub.

“"Teleqram" və "İnstaqram" səhifələrimdə etdiyim paylaşımlar, oxucuların yazdığı şərhlər rejimə qarşı təbliğat nümunəsi kimi dəyərləndirilib”-deyə, Ağayi həbs olunmamışdan öncə öz səhifəsində yazıb.

"Bu gün özümümü həbs olunmaq üçün hazırlamışam. Bu ancaq paylaşımlarımın yorum bölməsinin açıq olması, insanların öz fikirlərini yazması üçün baş verir. Bu, məhkəmə hakimiyyəti tərəfindən rejimə qarşı təbliğat kimi qəbul edilib. 
Jurnalistləri təzyiq altında saxlamaq problemlərin həll yolu deyil”- deyə, güneyli jurnalist həbs olunmamışdan bir neçə dəqiqə qabaq yayınladığı statusda yazıb.

C.E    

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar