SON XƏBƏRLƏR

Güneyli müəllim Culfa şəhər zindanına köçürülüb

2022.02.12, 11:46
Güneyli müəllim Culfa şəhər zindanına köçürülüb

Gunaz.tv

Culfa şəhər İnqilab Məhkəməsi bundan öncə 2021-ci ilin noyabr ayında Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü, təqaüddə olan müəllim Ruzixahla bağlı  “hökumətə qarşı təbliğat” ittihamı ilə 7 ay həbs cəzasının verilməsi barədə qərar çıxarıb.

Ruzixah bundan öncə də müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb.

Məhkəmə və təhlükəsizlik qurumları ona qarşı “ictimai asayişi pozmaq”, “ictimai rəyi təhrik etmək” kimi ittihamlar irəli sürülərək sinfi fəaliyyətlərinin qarşısını almağa çalışıblar.  

Qeyd edək ki, Lətif Ruzixah eyni halda İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurasının üzvü və Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsidir. 

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar