SON XƏBƏRLƏR

Güneyli rejissor Niki Kərimi repressiyalara etiraz olaraq fəaliyyətini dayandırdı

2022.12.19, 11:45
Güneyli rejissor Niki Kərimi repressiyalara etiraz olaraq fəaliyyətini dayandırdı

Gunaz.tv

İran kinosunun tanınmış azərbaycanlı aktrisası və rejissoru Niki Kərimi özünün tvitter hesabında “Qadın, Həyat, Azadlıq” afişasını və “Edam etmə” həştəqini paylaşaraq, neçə aydır İranda davam edən repressiyalara etiraz əlaməti olaraq aktrisalıq və rejissorluq fəaliyyəti ilə bağlı bütün müqavilələrini ləğv etdiyini bildirib.

O, son həftələrdə İranda keçirilən ümumxalq etirazlarına dəstək verən və “Bəsdir... yorulduq, bezdik” yazan İran kinosunun son məşhur simasıdır.

Qeyd edək ki, Tehranda yaşayan Niki Kərimi Mərkəzi əyalətin Təfreş şəhərinin Xələc türklərindəndir.

O, Azərbaycan türkcəsində çəkdiyi "Atabay" filminə görə, güney azərbaycanlılar arasında ən çox sevilən aktrisa və rejissorlardan birinə çevrilib. (Axar.az)

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar