Güneyli rejissor Zunuzun ekoloji problemləri ilə bağlı sənədli film çəkib

11.08.2022, 10:59

Güney azərbaycanlı Rejissor Məhəmməd Əlimuradi Şərqi Azərbaycan əyalətinin Zunuz bölgəsində qeyri-standart və qanunsuz mədən fəaliyyətlərinin ekolojiyaya vurduğu ziyanlarla bağlı qısametrajlı sənədli film çəkib.

Gunaz.tv Quote | Gunaz article

O, yerli əhali ilə söhbətləşib, millət vəkili və ekoloqları danışdırıb, onların bölgənin ekologiyasının təhlükədə olması barədə fikirlərini əks etdirib.

"Zunuz çayının əsas başlanqıc yerində hal-hazırda mədən istismarı üçün qazıntılar və kəşfiyyat işləri aparılır. Bu davam edərsə çay quruyacaq, qalan suyun isə keyfiyyəti aşağı düşəcək. Hazırda Şərqi Azərbaycanda su çatışmazlığı 17 milyard kubmetrdir.

Quraqlığın tüğyan etdiyi deyilən İsfahanda bunun 12,02 milyard kubmetr olduğunu nəzərə alsaq Azərbaycada necə bir fəlakətin baş verməkdə olduğu aydın olar"-deyə, tanınmış ekoloq Məhəmməd Dərviş bildirib.

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan isə mədən rəhbərliyinin pul qazanmaq xatirinə bölgəyə ciddi ziyan vurduqlarını deyib.

"Əgər biri gəlib burada pul qazanmaq üçün ətraf mühitə zərbə vuracaqsa, bu nə insani, nə elmi və nə də ictimai baxımdan düz iş sayılmır. Zunuzun gözəl təbiəti var, ancaq burada aparılan mədən fəaliyyətləri bu təbiətin aradan getməsi barədə qorxuları çoxaldır. Bu,əhalinin buradan başqa yerlərə mühacirət etməsinə səbəb ola bilər"-deyə, Pezeşkiyan qeyd edib.

Yerli sakinlərdən biri isə hələlik bölgənin bir sıra yerlərində suyun olduğunu, ancaq bir müddətdən sonra quraqlığın baş verəcəyini deyir. 

Yerli arıçılardan biri qaydasız mədən fəaliyyətlərinin suyun, ətrafın və havanın çirklənməsinə səbəb olduğunu, gül-çiçəyin üstünü toz-topraq örtdüyü üçün artıq arıların qıdalana bilmədiyini və məhsuldarlığın azaldığını söyləyir. 

Məhəmməd Əlimuradi isə bölgədə mədən fəaliyyətlərinin aparılması üçün verilən icazənin bütün ətraf mühit qanunlarının ziddinə olduğunu qeyd edir.

"Burada kəsilən və aradan aparılan bir çox bitki növləri nadir növlər sayılır. Belə davam edərsə buralar şoranlığa çevriləcək"-deyə, rejissor xəbərdarlıq edir.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29