"Məni girov götürüblər, 3 gün ac saxladılar"-"Evin"də saxlanılan güneyli rejissor

14.07.2022, 11:51

Tehranın Evin zindanında saxlanılan güneyli rejissor və ssenarist Cəfər Pənahi iyulun 13-də həyat yoldaşı Tahirə Səidi ilə telefon danışığı zamanı Tehran hökuməti tərəfindən oğurlanaraq girov götürüldüyünü deyib.

Gunaz.tv Quote | Gunaz article

O, saxlanıldıqdan sonra 3 gün müddətinə ən ibtidai imkanlardan, o cümlədən yemək və içməkdən məhrum edilərək ac saxlanıldığını söyləyib.

Pənahi bununla yanaşı zindan məsulları və nəzarətçilərinin onun tibbi xidmətlərdən istifadə etməsinə də icazə vermədiklərini bildirib.

Tanınmış rejissorun həyat yoldaşı Tahirə Səidi sosial mediada etdiyi paylaşımda Cəfər Pənahi üçün şəxsi əşyalar və dərmanlar apardığını, ancaq zindan məsullarının onun görüşünə icazə vermədiklərini deyir.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da polisə “Silahını yerə qoy” çağırışı edən kinematoqrafçılar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29