Güneyli sənətçi Abbas Nikrəvan həbsə məhkum olunub

02.02.2022, 15:20

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində yaşayan tanınmış sənətçi Abbas Nikrəvan həbs cəzasına məhkum edilib.

Gunaz.tv Quote | Gunaz article

Salmas şəhərinin Cinayət Məhkəməsinin 102 saylı bölməsi sənətçi barəsində “kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasının verilməsinə qərar verib.

“Təhlükəsizlik idarəsinin təhqiqatçılarının araşdırmaları nəticəsində müttəhimin kiber məkanda sistemə qarşı təbliğat aparması dəlillərlə sübuta yetirilib”-deyə, qeyd məhkəmə qərarında qeyd olunub.

Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün ETTELAAT-ın Urmu İdarəsinin təcridxanasına köçürülmüşdü. 

Əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan güneyli fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra Urmu zindanına köçürülüb, sentyabrın 22-də isə 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Musiqiçi və mədəni fəal Abbas Nikrəvan daha öncə də 2014 və 2018 illərində müvafiq olaraq bir toy mərasimində və Babək Qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onun 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv olunub.

Ümumiyyətlə İranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan siyasi və ictimai fəallar təcridxanada təkadamlıq kameralarda saxlanılaraq dindirilir.

Onlar vəkillə təmin olunmaq  və ailələri ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilirlər.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30