SON XƏBƏRLƏR

Güneyli siyasi məhbus aclıq aksiyasına başlayıb

2022.07.17, 17:37
Güneyli siyasi məhbus aclıq aksiyasına başlayıb

Gunaz.tv

Qanunla nəzərdə tutulmuş hüquqları təmin edilməyən milli fəal məzuniyyətə buraxılmadığı və ailə üzvləri təhlükəsizlik məmurlarının təzyiqləri ilə üzləşdiyi üçün iyulun 17-də aksiyaya başlayıb.

Ə.Əbülzadə Əhər zindanın məsullarına verdiyi yazılı müraciətdə aclıq aksiyasının səbəblərini izah edib.

Əkbər Əbülzadə bu gün, 7 iyun 2022-ci il çərşənbə axşamı səhər saat 10:30-da Əhər şəhərində həbs edilib.

Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün instaqram sosial media hesabında həbslə bağlı paylaşım edib.

“Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televiziyasının “Fitilə” verilişində azərbaycanlılar təhqir edilən zaman etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu ehtimal edilir”-deyə, Sara Xudakərəmi yazıb.

Əkbər Abülzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar