SON XƏBƏRLƏR

"Qadın məhbusların artması repressiyaların gücləndiyini göstərir"-Nərgiz Məhəmmədi

2022.08.05, 06:02
"Qadın məhbusların artması repressiyaların gücləndiyini göstərir"-Nərgiz Məhəmmədi

Gunaz.tv

Məlumatda məhkəmə və təhlükəsizlik orqanlarının illərdir məhbusların hüquqlarını pozduğu bildirilir.

Qeyd olunur ki, bu günlərdə 50-dən çox siyasi və ideoloji məhbus Evin zindanının qadın bölməsində həbs cəzasını çəkir və son günlər COVİD-19 xəstəliyinin yenidən yayılması qadınların vəziyyətini daha da ağırlaşdırıb.

İnsan Haqları Müdafiə Birliyinin sözçüsü son mesajında ​​Evin həbsxanasının rəhbərliyinin koronaya yoluxmuş məhbusların məzuniyyətə çıxmasına icazə vermədiyinə diqqət çəkib.

Bildirib ki, bu vəziyyətin davam etməsi yoluxmuş şəxslərin başqa məhkumların həyatı üçün təhlükə yarada bilər. 

O, insan haqları müdafiəçiləri və təşkilatları məhbusların əsas hüquqlarının pozulması qarşısında səssiz qalmamağa, siyasi və ideoloji məhbusların qanuni hüquqlarını müdafiə etməyə səsələyib.

N. Məhəmmədi bildirib ki, İran hökuməti insan haqlarına hörmət etməyə məcbur edilməlidir. 

İran insan haqları təşkilatları və hüquq müdafiəçiləri "Qərçək" zindanında saxlanılan qadın siyasi məhbusların Evin zindanının 2-ci bölməsinə köçürüldüyünü bildiriblər.

Bu məlumata görə, 2-ci bölmə bu məhbuslar gələnə qədər koronaya yoluxmuş şəxslər üçün xüsusi karantin bölməsi kimi nəzərdə tutulan yer olub və yeni məhbusların gəlməsi ilə karantin üçün yer qalmır.

Əslən Zəncan (Zəngan) şəhərindən olan Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib. 

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilmişdi, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad edilmişdi.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda "Qərçək" zindanında məhkumluq dövrünü yaşayır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar