SON XƏBƏRLƏR

Güneyli siyasi məhbus: "Zalim hökumətin qadına qarşı hicab məcburiyyətini qəbul etməyəcəyəm"

2022.07.15, 20:05
Güneyli siyasi məhbus: "Zalim hökumətin qadına qarşı hicab məcburiyyətini qəbul etməyəcəyəm"

Gunaz.tv

O, İran hökumətini bəşəri dəyərləri alt-üst edən tiran hökuməti adlandırıb.

İyulun 15-də yaydığı bəyanatda N.Məhəmmədi İran hökumətinin "yasaq qida" adlandırdığı banan, xiyar, kök və başqa bu kimi qida məhsullarından qadınların istifadəsinə məhdudiyyət qoymasını İran hökuməti məsullarının xəstə, əxlaqsız və vulqar yanaşması adlandırıb və bunun qadınlara qarşı təhqir olduğunu deyib.

"Qərçək zindanı İran hakimiyyətinin iradəsi və qadına qarşı yanaşmasını əks etdirir. Qadını bəlli meyvələri yeməkdən məhrum edir və bunu bizim həya və abırımızı qorumaq üçün etdiyini iddia edir"-deyə, xanım Məhəmmədi İran məsullarının iyrənc zehniyyətə malik olduqlarını bildirib.

O, dominant sistemdə qadının saçının görünməsinin, səsinin eşidilməsini və bəlli meyvələri yeməsinin qadağan edildiyini deyib və bütün bunları qadınların "iffət və abırılarının qorunması"  bəhanəsi ilə həyata keçirildiyini qeyd edib.

"Belə bir zindanda və belə bir hökumətdə mən Nərgiz Məhəmmədi bir qadın və bir ana olaraq hökumətin məcburi hicab yükünün altına girməyəcəyimi, zor qarşısında baş əyməyəcəyimi bəyan edirəm"-deyə, Nərgiz Məhəmmədi bəyanatının sonunda bildirib.

Qərçək həbsxanası antisanitar vəziyyətinə, şəraitsizliyinə və sərt cəza tədbirlərinə görə bir çox siyasi və mədəni məhbusların sürgün yeri kimi tanınır.

Əslən Zəngan (Zəncan) şəhərindən olan İsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib. 

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilib, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad olunub.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda "Qərçək" zindanında məhkumluq dövrünü yaşayır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar