SON XƏBƏRLƏR

Müstəqil vəkil Yılmaz Mehrəlibəyli Təbrizdə etiraz aksiyası keçirib

2023.02.27, 07:50
Müstəqil vəkil Yılmaz Mehrəlibəyli Təbrizdə etiraz aksiyası keçirib

Gunaz.tv

O, təkadamlıq aksiyanı 26 fevral Vəkillər günündə qurumun binası qarşısında keçirib.

Yılmaz Mehrəlibəyli Şərqi Azərbaycan Vəkillər Kollegiyasının müstəqil vəkil fəaliyyətnə müdaxiləsinə, onun vəkillik fəaliyyətinə dair icazənin verilməməsinə etiraz edir.

Y.Mehrəlibəyli kollegiyanın binası qarşısında "Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyim üçün vəkillik fəaliyyətindən məhrum edilmişəm.

Vəkillər günü mübarək. Qeyri-müstəqil idarə heyəti getməlidir, kollegiya qalmalıdır" yazılmış plakat qaldırıb.

O, vəkillərin müstəqil fəaliyyət etməsinin vacibliyini bildirib və qeyd edib ki, Şərqi Azərbaycan Vəkillər Kollegiyası hakimiyyətin tapışırığı ilə işlədiyi üçün ədalətdən danışmaq olmaz.

Y.Mehrəlibəyli bundan öncə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının başçısı Həsən Paşazadəyə istinadən bildirmişdi ki, vəkillik fəaliyyəti barədə lisenziyanın verilməməsi adı çəkilən qurumun idarə heyətinin qərarı əsasında olub.

Qeyd edək ki, Yılmaz Mehrəlibəyli tanınmış Güney azərbaycanlı fəal, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəylinin qardaşıdır.

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərinin Şüca kəndindən olan hər iki qardaş bundan öncə də Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda apardıqları fəaliyyətlərə görə kəşfiyyat və təhlükəsizlik orqanlarının basqılarına məruz qalıblar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar