SON XƏBƏRLƏR

"Güneylilər Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır"-Əhməd Obalı

2022.12.15, 15:30
"Güneylilər Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır"-Əhməd Obalı

Gunaz.tv

"Amerikanın, Rusiyanın, Avropa ölkələrinin, o cümlədən BMT-nin qəbul etdiyi kimi Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və mədənlərində monitorinq aparmaq Azərbaycanın haqqıdır. 

Təəssüf ki, sülhməramlılar Azərbaycan dövlətinin bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan güneyli azərbaycanlılar olaraq, azərbaycanlı fəalların Şuşa-Laçın yolunda Rusiya sülhməramlılarına etirazını dəstəkləyirik. 

Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq talanmasına etiraz edirik. Yeri gəlmişkən hesab edirik ki, Azərbaycan yeraltı qaynaqlarının talan edilməsinin qarşısını almaqla yanaşı, talan zamanı ətraf mühitin çirkləndirilməsinin də qarşısını almalıdır".

1671092392_1670149458_5.jpg

Ə.Obalı vurğulayıb ki, güneyli soydaşlarımız Laçın yolundakı dinc aksiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni edəcəklər:

"Rusiya sülhməramlıları üçtərəfli bəyanat əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Əslində onlar sülhü təmin etməlidirlər.

Sülhməramlılar ermənilərin tərəfini tutub azərbaycanlıların yolunu kəsməli deyillər. Bu, onların qəbul etdiyi bəyannamənin müddəalarına ziddir. Biz güneylilər olaraq sülhməramlılara öz etirazımızı bildiririk. 

Qardaşlarımızın aksiyalarını dəstəklədiyimizi bir daha qeyd etmək istəyirəm. Biz də etirazçıların səsinə səs verməli, onların haqlı mübarizələrini dünyaya çatdırmalıyıq. Bunu mütləq edəcəyik".

Qeyd edək ki, azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ermənilərin ərazilərimizdəki təbii yeraltı sərvətləri talamasına və ekoloji terror törətməsinə etiraz olaraq aksiya keçirirlər.

Bu gün artıq aksiyanın 4-cü günüdür. Əsas tələb Rusiya sülhməramlılarının baş komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsi və Azərbaycanın monitorinq qrupunun bölgəyə buraxılmasına şərait yaradılmasıdır. 

Lakin indiyə qədər aksiya iştirakçılarının heç bir tələbi yerinə yetirilməyib. Buna müvafiq olaraq azərbaycanlı fəallar tələbləri yerinə yetirilməyincə öz aksiyalarını davam etdirəcəklərini bildirirlər. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar