SON XƏBƏRLƏR

Süngün mədəninin işdən qovulan işçiləri etiraz aksiyası keçirib

2022.06.21, 08:26
Süngün mədəninin işdən qovulan işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Mədən rəhbərliyinin ofisi qarşısına toplaşan yerli işçilər onlara aid olan mədəndə başqa əyalətlərdən gətirilən şəxslərin işə götürülməsini, bununla da tək gəlir qaynaqlarından məhrum edildiklərinə etiraz ediblər.

Etirazçılar iş müqavilələrində əks olunan hüquqların heç birinin yerinə yetirilmədiyni və əsassız şəkildə işdən qovulmalarına baxmayaraq heç bir təzminat ala bilmədiklərini deyirlər.

İşdən qovulan 500 Azərbaycanlı işçi inflyasiya və bahalığın ən şiddətli dövründə minimum, 7.5-10 milyon tümən  əmək haqqı qarşılığında çalışmalarına baxmayaraq işdən çıxarılmalarını onları üsyana təhrik cəhdi olduğunu bildirirlər.

Bundan öncə oxşar problemlə bağlı dəfələrlə aksiya keçirən azərbaycanlı mədənçilərin hüquqlarının bərpası və təzminat ödənilməsi ilə balı heç bir iş görülməyib.

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. 

Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur.
Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar