SON XƏBƏRLƏR

Zənganın icra başçısı: "Qışda da su qıtlığından əziyyət çəkirik"

2022.02.03, 12:51
Zənganın icra başçısı: "Qışda da su qıtlığından əziyyət çəkirik"

Gunaz.tv

O, ətraf kəndlərdə əkin yerlərinin suvarılması üçün davamlı problem yaşandığını və bunun həlli üçün tədbir görülmədiyi təqdirdə yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Zəngan əyalətində su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələr vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb.

Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələrini tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin lazım olduğu bildirilir. 

Əlirza Cüz Qasimi Zəngan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrin də yarımçıq qaldığını, bunun üçün 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar