SON XƏBƏRLƏR

Zəngan mədənlərinin gəlirlərindən əyalətə pay ayrılmır

2021.10.20, 07:36
Zəngan mədənlərinin gəlirlərindən əyalətə pay ayrılmır

Gunaz.tv

Qeyd edək ki, Zəngan əyalətində yerləşən “Ənquran” qurquşun və sink mədənləri ehtiyatlarına görə Yaxın Şərqdə birinci, dünyada isə bu növdən olan yeddinci ən böyük mədən sayılır.

Zənganda onlarla qranit, mərmər və başqa növ bahalı daş mədənləri də var. Bu mədənlərdən yüksək məbləğdə gəlir əldə edilir. Lakin bu qazancdan əyalətin problemlərinin həllinə, özəlliklə yolların çəkilməsinə vəsait ayrılmır. 

Bir müddət bundan öncə Zəngan əyalətinin Mahnişan şəhərinin bələdiyyə başçısı Mənsur Məlikinəjad da bu problemdən danışıb.

“Bölgədə olan zəngin yataqlardan əldə edilən gəlirlər İsfahan və Kirman şəhərlərinin abadlığı üçün o şəhərlərin bələdiyyələrinə verilir. Mahnişan bölgəsinin əhalisinə öz sərvətlərindən heç nə çatmır”-deyə, o, hökuməti zənganlılara qarşı ədalətsizlikdə günahlandırıb.

“Ənquran” yataqlarından əldə edilən konsantrenin daşınması üçün istifadə olunan ağır yük maşınlarının gediş-gəlişi onsuzda yaxşı durumda olmayan bölgə yollarının dağılmasına səbəb olub.

Qeyd edək ki, qurğuşun və sink mədənlərinin yerləşdiyi Dəndi bölgəsinin yollarının qeyri-standart və yararsızdır.

Bu üzdən hər il burada baş verən qəzalar nəticəsində çox sayda insan həyatını itirir.

 

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar