SON XƏBƏRLƏR

Zənganın nümayəndəsi çörəyin kuponla satışına etiraz edib

2022.01.15, 13:20
Zənganın nümayəndəsi çörəyin kuponla satışına etiraz edib

Gunaz.tv

O, Dövlət Proqram və Büdcə Təşkilatının çörəyin xüsusi kartlarla alınması planı ilə razı olmadığını bildiirb. Onun sözlərinə görə, bu aztəminatlı təbəqəni təhqir etməkdir.

Mehdi Baqiri  hələlik məsələnin parlamentdə müzakirəyə çıxarılmadığına toxunaraq, bu planın icrasının xalq üçün faydalı olacağı və dövlətin bunu dəqiq icra edə biləcəyinin şübhə altında olduğunu söyləyib.

O, bundan öncə yanacağın kuponla verilməsi planının əhalinin geniş etirazları ilə qarşıaşdığını xatırladaraq, bu tip işlərin görülməsi zamanı mütəxəssis rəyləri və elmi üsullara əsaslanmağın vacib olduğunu qeyd edib.

Qeyd edək ki, İranda Dövlət Proqram və Büdcə Təşkilatının sədri Məsud Mirkazemi çörəyin xüsusi kartlarla alınması planına baxıldığını açıqlayıb.

İran hökumətinin valyuta ilə balı dəyişikliklər etmək qərarı inflyasiyanın artması və insanların əsas ərzaq mallarını almaq imkanlarının azalmasına dair narahatlıqları artırıb.

Məsud Mirkazemi yanvarın 12-də parlamentin büdcə layihəsinin konsolidasiya komissiyasının iclasında deyib ki, yeni ilin dövlət büdcəsi layihəsində pereferensial valyuta nəzərdə tutulmayıb. Bu isə əsas ərzaq mallarının, o cümlədən un və buğdanın bahalaşmasına səbəb olacaq. 

C.E
 

مهدی باقری :: خبرگزاری خانه ملت

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar