SON XƏBƏRLƏR

Quraqlıq Zəngana su böhranı yaradıb: Əsas su anbarında kəskin azalma qeydə alınıb

2021.11.10, 10:48
Quraqlıq Zəngana su böhranı yaradıb: Əsas su anbarında kəskin azalma qeydə alınıb

Gunaz.tv

“Təhm anbarında mövcud olan su həcmi bu il sentyabrın son günlərindən noyabrın 5-dək 32 milyon 93 kubmetr təşkil edib. Ötən ilin müvafiqi dövründə isə bu 51 milyon 28 kubmetr idi.

Hazırda su anbarının yalnız 39%-i doldur.

Ötən ilin oxşar dövründə bunun 62% civarında olduğunu nəzərə alsaq ciddi su çatışmazlığı ilə qarşılaşdığımız aydın olar”-deyə, İ.Əfşari bildirib.

İ.Əfşari bununla yanaşı Zəngan düzündə də durumun acınacaqlı olduğunu deyib. 

O, Zəngan düzündə orta hesabla ildə 56 santimetr olan su azalmasının bu il quraqlıq və kifayət qədər yağıntı olmaması səbəbindən 1 metr 64 santimetrə çatdığını söyləyib.

O, əyalətdə kritik vəziyyətlər üçün su quyularının olmadığını, bu səbəbdən quraqlıqla bağlı fövqəladə vəziyyət yarandıqda əhalinin su çatışmazlığı böhranı ilə üzləşəcəklərini qeyd edib.

Regional Su Şirkətinin başçısı ötən illə müqayisədə cari yağış ilində əyalətə düşən yağıntılarda 30% azalma qeydə alındığını deyib.

C.E   
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar