SON XƏBƏRLƏR

Zənganda 29 nəfər qazdan zəhərlənib

2021.12.27, 10:38
Zənganda 29 nəfər qazdan zəhərlənib

Gunaz.tv

Zəngan əyalətinin Tibb Elmləri Universitetinin ictimaiyyətlə əlaqələr bölməsi bildirib ki, hadisə dekabrın 26-ı, gecə saatlarında Zəngan şəhərinin “Punək” məhəlləsində baş verib.

Hadisə nəticəsində 29 nəfər karbonmonoksit qazından zəhərlənib.

Universitetin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Cavad Muradinin dediyinə görə, zəhərlənənlərin hamısı bir yaşayış binasının sakinləri olub.

Onun sözlərinə görə, zəhərlənənlərin 23-ü şəhərin “Vəliəsr” xəstəxanasına köçürülüb, 6 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə olunmaq üçün evə buraxılıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar