SON XƏBƏRLƏR

Zənganda onlarla öyrənci qidadan zəhərlənib

2022.06.18, 10:01
Zənganda onlarla öyrənci qidadan zəhərlənib

Gunaz.tv

Babək Kərimi Universitetin 50 öyrəncisinin qidadan zəhərləndiyini və xəstəxanaya yerləşdirildiyini deyib.

Kərimi hal-hazırda zəhərlənmənin ehtimal edilən başqa səbəblərinin araşdırılması üçün qrup yaradıldığını söyləyib.

Qeyd edək ki, iyunun 16-da Kərəcin “Qızıl hisar” zindanında vaxtı keçmiş qidadan istifadə edən 30 məhbus zəhərlənib və zindanın tibb məntəqəsinə yerləşdirilib.

Son vaxtlar İranda hərbi bazalar, yataqxana, xəstəxana və zindanlarda hökumətin payladığı vaxtı keçmiş keyfiyyətsiz qıda məhsullarından istifadə nəticəsində yüzlərlə insan zəhərlənib, bir neçə nəfər həyatını itirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar