SON XƏBƏRLƏR

Zənganda vəzifəli şəxslər barəsində həbs qərarı çıxarılıb

2021.12.25, 12:01
Zənganda vəzifəli şəxslər barəsində həbs qərarı çıxarılıb

Gunaz.tv

İsmayıl Sadiq Niyarəki bildirib ki, əyalətin Qeydar şəhərinin 8 bələdiyyə və Şəhər Şurasının üzvü barəsində həbs, cərimə, əmlakın müsadirəsi və işdən qovulma barədə çıxarılmış ilkin məhkəmə qərarı  Apelyasiya Məhkəməsi 10-cu bölməsi tərəfindən təsdiq edilib. 

Niyarəki həbs edilənlərin dördünün Qeydarın Şəhər Şurasının keçmiş üzvü, birinin bələdiyyə məmuru və üçünün isə onlarla əlbir dəllal olduğunu deyib. 

O, həbs edilənlərin korrupsiya, dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən su-istifadədə ittiham olunduğunu bildirib.

Onun sözlərinə görə, ittiham edilənlər cərimə olunub. Onlar barədə əmlakın müsadirə edilməsi, həmçinin dövlət işindən qovulma qərarı çıxarılıb.

Suçlular 18 aydan 3 ilə kimi həbs cəzasına məhkum olunub. 

Xatırladaq ki, bundan bir neçə gün öncə, dekabrın 21-də İsmayıl Sadiq Niyarəki Zənganın 17 bələdiyyə məmuru və Şəhər Şurasının barəsində oxşar qərarın çıxarıldığını, dövlət məmurlarının 6 aydan 7 ilə qədər həbs olunmaları barədə məhkəmənin hökm verdiyni bildirmişdi.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Cari ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

 

2981497.jpg

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar