SON XƏBƏRLƏR

Zənganlı fəal Səfiyə Qarabağinin məhkəmə iclası keçirilib

2022.11.10, 16:15
Zənganlı fəal Səfiyə Qarabağinin məhkəmə iclası keçirilib

Gunaz.tv

Qadın hüquq müdafiəçisinə qarşı şəxsi instaqram səhifəsində son etirazlarla bağlı materialların dərc edilməsinə görə “İran İslam Respublikası rejiminə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Qeyd edək ki, Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılıb və bu qurumun təcridxanasına aparılıb.

Hüquq müdafiəçisi oktyabrın 8-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

O, bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

Azərbaycanlı hüquq müdafiəçisi "ictimai fikri çaşdırmaq", "hökumətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar