SON XƏBƏRLƏR

Zənganlı hüquq müdafiəçisi Səfiyyə Qarabağidən yoxdur

2022.10.07, 11:20
Zənganlı hüquq müdafiəçisi Səfiyyə Qarabağidən yoxdur

Gunaz.tv

O, Səfiyə Qarabağinin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanması ilə bağlı məlumatdan başqa əlavə bilgi ala bilmədiklərini yazıb.

Ruzbeh Səadəti ehtimalla bildirib ki, ETTELAAT-da onun həyat yoldaşını təcrid edərək əlavə təzyiq göstərir və ondan məcburi etiraf almağa çalışırlar.

Zəngan əyalətinin valisi Möhsün Əfşarçının ETTELAAT müstəntiqləri ilə eyni sözü dediyini bildirən Ruzbeh Səadəti qanunlara görə həyat yoldaşının 24 saatdan artıq saxlanılmasının əsassız olduğunu bildirib.

O, valinin "Səfiyə Qarabaği müstəntiqlərlə əməkdaşlıq etmir" ifadəsinin anlaşılmaz olduğunu, Möhsün Əfşarçının vali deyil müstəntiq kimi davrandığını söyləyib.

Qeyd edək ki, Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılıb və bu qurumun təcridxanasına aparılıb.

O, bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

Azərbaycanlı hüquq müdafiəçisi "ictimai fikri çaşdırmaq", "hökumətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar