SON XƏBƏRLƏR

"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

2022.05.24, 07:57
"SEPAH-da məndən məcburi etiraf aldılar"- İngiltərə vətəndaşı

Gunaz.tv

"SEPAH məmurları casusluq etdiyim barədə özlərinin tərtib etdikləri etiraf mətnini mənə verdilər və onu imzaladıqdan sonra azadlığa buraxılacağımı dedilər”-deyə, Zağəri BBC radiosunun ingiliscə bölməsinə verdiyi açıqlamada bildirib.

O, SEPAH və təhlükəsizlik məmurlarının ondan məcburi etiraflar almaq prosesindən çəkiliş etdiklərini və o kadrları təbliğat vasitəsi kimi istifadə üçün bir gün yayacaqlarını söyləyib.

Nazənin Zağəri ondan məcburi etiraflar alındığı barədə Britaniya hökumətinə məlumat verdiyi halda Londonun bununla bağlı İran hökumətinə qarşı məsələ qaldırmamasını tənqid edib.

Qeyd edək ki, İran-Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ilin mart ayında İranda yaşayan ailəsini görmək üçün bu ölkəyə səfər etdiyi zaman İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları tərəfindən casusluq ittihamı ilə həbs edilmişdi.

O, 6 il zindanda saxlanıldıqdan sonra 2022-ci ilim mart ayının 16-da azadlığa buraxılaraq Britaniyaya qayıdıb.

Sözügedən Britaniya-İran vətəndaşlarının Məhəmmədrza Şah Pəhləvi dövründə İngiltərənin “Çiftayn” tanklarının alınmasına görə İrana olan 520 milyon dollar borcunun ödənilməsi ilə bağlı danışıqların müqabilində sərbəst buraxıldığı bildirilir.

İran rejimi son illər ölkəyə səfər edən bir sıra xarici vətəndaşları, o cümlədən də ikili vətəndaşlığı olan şəxsləri həbs etməklə, onlardan bəzilərini Avropa və Amerika zindanlarında saxlanılan özünə bağlı məhbuslarla mübadilə edib.

Qərb ölkələri isə bildirirlər ki, İran rejimi xarici ölklərin vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız ittihamlarla girov götürməklə, onların azadlığa buraxılması qarşılığında xarici dövlətlərdən imtiyaz almağa çalışır. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar