ABŞ BMT-yə ittiham: "Qurum Rusiyanın Ukraynada İran dronlarından istifadə etməsini araşdırmaq istəmir"

20.12.2022, 16:03

ABŞ hesab edir ki, BMT-nin Baş katibi Antoniu Quterreş Moskvanın təzyiqinə tab gətirmədiyinə görə o, Rusiyanın İran dronlarından istifadə etməsini yoxlamaq üçün Ukraynaya rəsmilər göndərməyib.

Gunaz.tv Quote | Gunaz article

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna Rusiyanın İran istehsalı dronların tədarükünün BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təmin edən qətnaməsini pozduğunu bildiriblər.

Bu ölkələr Quterreşdən araşdırma aparmaq üçün rəsmiləri Kiyevə göndərməkdə israr edirlər.

Dekabrın 19-da İranın nüvə sazişi ilə bağlı 2015-ci il qətnaməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud BMT-nin Rusiyanın İran dronlarından istifadə etməsi ilə bağlı araşdırmaya başlamamasından məyus olduğunu bildirib.

“Təəssüf edirik ki, BMT bu pozuntu ilə bağlı normal araşdırma aparmaq üçün addım atmadı. Katibliyin, görünür, Rusiyanın təhdidlərinə boyun əyərək, Təhlükəsizlik Şurasının araşdırma aparmaq üçün verdiyi mandatı yerinə yetirməməsi bizi məyus edir”.

Xatırladaq ki, oktyabr ayında İran Fransa, Almaniya və Böyük Britaniyanın BMT-yə Rusiyanın Ukraynaya hücum etmək üçün İran istehsalı olan dronlardan istifadə etməsi ilə bağlı iddiaları araşdırmaq çağırışını pisləyib. (Report.az)

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24