SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "İranda vəziyyət kritikdir"

2022.11.23, 07:07
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "İranda vəziyyət kritikdir"

Gunaz.tv

O, İran İslam Respublikası hakimiyyətinin ümumxalq etirazlara reaksiyasının güclənməsinə toxunaraq, son iki ayda etirazlarda ən azı 300 nəfərin həlak olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lourens noyabrın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması, o cümlədən iki uşağın ölümü və Təhlükəsizlik qüvvələrinin reaksiyasının intensivləşməsi həmin ölkədəki vəziyyəti böhraniləşməsini təsdiqləyir.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası bu həftə Cenevrədə İran etirazlarının vəziyyətini nəzərdən keçirmək üçün iclas keçirməyə hazırlaşır. 

Bu görüşdə bir sıra diplomatların, etiraz aksiyalarının şahidlərinin və qurbanların iştirakı gözlənilir. 

Qarşıdakı iclasda təklif edilən mövzulardan biri də İranda davam edən repressiyalarla bağlı faktaraşdırıcı komissiyanın yaradılması olacaq.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar