SON XƏBƏRLƏR

"Rejim İran xalqını dünyadan təcrid etmək istəyir"- İnsan haqları təşkilatlarından çağırış

2022.03.18, 04:59
"Rejim İran xalqını dünyadan təcrid etmək istəyir"- İnsan haqları təşkilatlarından çağırış

Gunaz.tv

İnsan haqqları qurumları bu qanunun təsdiq olunacağı təqdirdə İran vətəndaşlarının fundamental hüquqlarının pozulacağını bildirb.

"Qanun layihəsi qəbul olunarsa, “İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən ifadə azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq”-təşkilatların imzaladığı məktubda deyilir.

Qanun layihəsinin müddəalarını insan haqlarının kobud pozulması kimi dəyərləndirən təşkilatlar bildirib ki, İran rejimi  interneti məhdudlaşdırmaqla insan haqları sahəsində pozuntularının dünya birliyinin diqqətinə çatdırılmasının qarşısını almağa çalışır.

Onlar beynəlxalq ictimaiyyətin üzvlərini və İranla ikitərəfli və çoxtərəfli dialoq aparan ölkələri insan hüquqları ilə bağlı öhdəliklərinə riayət etmək üçün İran hakimiyyətinə təzyiq etməyə çağırırlar.

Bu qruplar xəbərdarlıq ediblər ki, beynəlxalq ictimaiyyət və İnsan Haqları Şurasına üzv dövlətlər tərəfindən təcili tədbirlər görülməsə, İran xalqı ciddi təcrid və fundamental hüquqlarının geniş şəkildə pozulması riski ilə üzləşə bilər.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən  Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Xatırladaq ki, Əli Xamneyi də daxil olmaqla İranın bir çox yüksək vəzifəli şəxslərinin "tvitter"-də bir neçə hesabı var.

Bəzi İran rəsmiləri tvitterdə əhəmiyyətli dərəcədə aktivlik nümayiş etdirirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar