SON XƏBƏRLƏR

"İranda 10 yaşlı uşaqlar müharibəni tərənnüm edən təbliğata cəlb edilib" -İnsan Haqları Cəmiyyəti bəyanat yaydı

2022.06.07, 06:51
"İranda 10 yaşlı uşaqlar müharibəni tərənnüm edən təbliğata cəlb edilib" -İnsan Haqları Cəmiyyəti bəyanat yaydı

Gunaz.tv

Bəyanatda bir ay bundan öncə “salam komandan” adı altında keçirilən kampaniyada 10 yaşlı uşaqların müharibə və ölümü tərənnüm edən ideoloji təbliğat kampaniyasına cəlb olunmaları pislənilib.

İnqilab Keşikçiləri Korpusu və yarımhərbi “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə keçirilən ideoloji təbliğat kampaniyasının azyaşlı uşaqları müharibəyə və ölümə hazırlamaq niyyətinin hüquq pozuntusu olduğu qeyd olunub.

“İran İslam Respublikasının uşaqlara qarşı bu cür davranışı uşaq, insan və vətəndaş hüquqlarına ziddir. İran uşaq əsgərlərdən istifadə ilə bağlı pis təcrübəyə malikdir və İran-İraq müharibəsində on minlərlə uşağı qırğına göndərib”-deyə, bəyanatda bildirilib.

Bununla yanaşı bəyanatda İranda dərsliklərdə “cihad” və “şəhidlik” düşüncələrini aşılayan mətnlərin yerləşdirilməsinin YUNESKO-nun təhsil barədə qaydalarına zidd olduğu yazılıb.

Azərbaycan İnsan Haqları Cəmiyyəti rejimin ideolojik kampaniyasına məcburi cəlb edilən uşaqların bəzilərinin valideynlərinin etiraz səslərinin və şikayətlərinin İnqilab keşikçiləri Korpusunun təhdidləri nəticəsində susdurulduğunu və geri götürüldüyünü qeyd edib. 

“Cəmiyyətimiz İran İslam Respublikasının on yaşlı uşaqlara qarşı qeyri-insani rəftarı barədə BMT rəsmilərinə və beynəlxalq uşaq hüquqları təşkilatlarına məlumat verməyi öz vəzifəsi hesab edir”-deyə, bəyanatda bildirilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar