SON XƏBƏRLƏR

İnsan haqları təşkilatlarından Kanadaya SEPAH-la bağlı çağırış- "Bu, iranlılara təhqirdir"

2022.02.05, 09:07
İnsan haqları təşkilatlarından Kanadaya SEPAH-la bağlı çağırış- "Bu, iranlılara təhqirdir"

Gunaz.tv

Məkubda Tehranın keçmiş polis rəisi Murtəza Təlayinin Kanadaya səfərindən ciddi narahatlıqlarını ifadə olunur.

Hüquq müdafiəçiləri Kanadanın SEPAH-ın keçmiş komandirləri üçün təhlükəsiz sığınacağa çevrilməsinə etirazlarını bildiriblər.

 “Mürtəza Təlayinin Kanadaya sərbəst daxil olmasına icazə vermək təhlükəli mesajdır, Kanadaya sığınan iranlılara təhqirdir”-deyə, məktubda qeyd olunub.

Məktub müəllifləri Kanada hökumətini təcili tədbir görməyə və İranda insan haqlarının pozulmasındakı roluna görə Təlayinin barəsində araşdırmaya başladılmasına çağırıblar.

"İran və Kanada arasında diplomatik əlaqələrin kəsilməsindən, səfirliklərin bağlanmasından sonra bir çox iranlının Kanada vizası almaqda çətinlik çəkir. Buna baxmayaraq, SEPAH komandirlərinin rahat viza əldə edə bilməsi düşündürücü haldır.

Görünür, İran İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı üçün viza məhdudiyyəti yoxdur"-deyə, məktubda qeyd olunur.

İnsan haqları təşkilatının məktubunda həmçinin İranda dinc nümayişçilərin sıxışdırılmasında, fəalların həbs edilməsində və işgəncə verilməsində Mürtəza Təlayinin roluna toxunulub və onun insan müxaliflərə qarşı qəddar davranışı diqqətə çatdırılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar