SON XƏBƏRLƏR

Antoni Blinken: “İranla nüvə danışıqları həssas və kritik nöqtəyə çatıb”

2022.01.21, 10:13
Antoni Blinken: “İranla nüvə danışıqları həssas və kritik nöqtəyə çatıb”

Gunaz.tv

Tehranla aparılan nüvə danışıqlarının artıq təyinedici mərhələyə çatdığını vurğulayan Blinken xəbərdarlıq edib ki, müzakirələrdə ciddi bir irəliləyiş baş verməyəcəyi təqdirdə Vaşinqton və müttəfiqləri Tehran qarşısında daha fərqli bir mövqe sərgiləməli, başqa bir seçimə üz tutmalı olacaqlar.

“İranla nüvə danışıqları hazırda çox həssas və kritik bir nöqtəyə çatıb. Həqiqətən də ortada təcililik məsələsi var və bizim qarşılıqlı olaraq 2015-ci ildə imzalanmış nüvə razılaşmasına (“Bərcam”a) qayıda bilib-bilməyəcəyimizi müəyyənləşdirmək üçün yalnız bir neçə həftə fürsətimiz var. 

Hesab edirəm ki, danışıqların indiki mərhələsi təyinedici olacaq. Bİz lazım olan yerə hələ çatmamışıq və güman edirəm ki, əgər tezliklə bu baş verməsə biz artıq yeni və tam fərqli bir istiqaməti seçmək məcburiyyətində qalacağıq. 

Son həftələrdə danışıqlarda çox az və cüzi bir itəliləyiş olmasına baxmayaraq, şəxsən hesab edirəm ki, nüvə razılaşmasını canlandırmaq hələ də mümkündür”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar