SON XƏBƏRLƏR

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022.08.09, 16:00
"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

Gunaz.tv

O, qeyd edib ki, hər bir hadisə haqqında fikir bildirməmişdən öncə, biz baxmalıyıq ki, bu hadisə necə yaranıb və nə baş verib ki, bu hadisənin baş verməsi məcburi olub. Onun sözlərinə görə, bundan əvvəl Azərbaycanı anti-din, anti-şiə obrazında göstərməyə çalışan bir propaqanda vardı. 

Bəzi ərəb ölkələrinin televiziyalarında yayılan bu propaqanda İran tərəfindən edilirdi.

“Həm Hizbullahın əlində olan telekanallar, həm İranın əlində olan telekanallar, Afrikanın şimalından tutmuş, Orta Şərqin hər tərəfində şiələrin olduğu yerə yayılan bir proqramdır. Bunlar belə göstərirlər ki, Azərbaycanda şiələrin rəhbərləri həbsdə işgəncə görür və Azərbaycanda şiələrə əza tutmağa icazə verilmir.

Azərbaycanda əksəriyyət şiədir, məscidlər var. Azərbaycan dövləti özü məscidlər tikib, məscidlərdə əzadarlıq var. Kimsə şiələrin qarşısını almır”,- deyə Əhməd Obalı əlavə edib.

Əhməd Obalı

“GünazTV”-nin rəhbəri hesab edir ki, Azərbaycan dövlətinin bir reaksiyası olmalıdır. Çünki dini propaqandanın gec-tez bir reaksiyası olmalıdır.

“Bunun bir nəticəsi olmalıdır. Bu qədər Azərbaycanın əleyhinə ədalətsizcəsinə məlumatları yayan İran bunu gözləyirdi. Əlimizdə hər hansı bir sənəd yoxdur, deyilsin ki, siz gedin orada Azərbaycan səfirliyini işğal edin, onun içində vandalizmlə məşğul olun, Azərbaycan bayrağını yerə atın, tullayın. 

Amma oğru alnına yazmır ki, “mən oğruyam”. Onun əməllərindən bəllidir. Bu qədər Azərbaycan əleyhinə propaqanda İran tərəfindən başlanılıb. Və bu təzə bir şey deyil. Hər il var, həmişə olub. Bakıdakı terrorçuların həbsdə aclıq aksiyası keçirməsi də film idi. Sonra da güya xahiş etdilər, durdurdular. Azərbaycanın əleyhinə propaqanda o vaxtdan artmağa başladı.

Son zamanlarda bir xanım guya gedir, küçədə divarda şüar yazır. Azərbaycan qanunvericiliyinə görə bunu edə bilməz. Evinin içində nə edirsən, et. Amma küçəni dini şüar mərkəzinə çevirə bilməzsən. Dini şüar deyəndə də siyasi cəhətdən dini şüar yazır. Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil.

Mən uşaqlıqdan gözləyirdim ki, Məhərrəm ayı gəlsin, məscidə gedək, İmam Hüseynin əzadarlığını edək. Biz evimizin içini, çölünü “Ya Hüseyn” ilə doldurmurduq. O məsələni də sosial şəbəkələrdə İranda partlatdılar və elan etdilər ki, artıq Azərbaycanda şiələr İmam Hüseynin adını çəkə bilmirlər.

İmam Hüseynin adını çəkəni tutub döyürlər, söyülər, həbsə atırlar, əzirlər”,- deyə Əhməd Obalı əlavə edib. O, qeyd edib ki,  Yasir Əl Həbibi bir müddət əvvəl İranda ölən Qasim Süleymaninin adamlarındadır. Bu hadisəni onlar törədib.

Obalının sözlərinə görə, hadisədən danışmamışdan öncə, hadisəyə nəyin səbəb olmasından danışmaq lazımdır. O, bildirib ki, Qərb dövlətlərində insanların söz haqqı və piket keçrimək haqqı var. Dövlət və polis onun qarşısını ala bilməz. Amma eyni zamanda İngiltərədə də, Amerikada da, mülkiyyət hüququ və insanların canını qorumaq hüququ vardır.

“Səfirliyin qarşısında piket keçirə bilərlər, amma səfirliyin qapısına barmaqlarını vurmağa haqları yoxdur. İnsanlar azaddır, amma sözlərini deməyə azaddır. Onların kiminsə mülkünü əzməyə, zədələməyə haqqları yoxdur. Azərbaycan səfirliyinin işçilərinə piket keçriənlərin barmaq toxundurmağa belə haqqları yoxdur. 

Bütün Qərb ölkələrində belə vəziyyətdir. Odur ki, polisin piket zamanı belə yumşaq davranmasının səbəbi polisin gücünün olmaması ilə bağlı olub. Ola bilsin ki, onlar əlavə kömək gəlsin deyə gözləyib. Əlavə kömək də gec gəlib. Gözləyiblər ki, bu işin mütəxəssisləri gəlsin. Və 1 saata gəlib 8 nəfəri yaxalayıblar”,- deyə o vurğulayıb.

Əhməd Obalı qeyd edib ki, bu hadisədən bir neçə gün öncə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov məzuniyyətdə, Bakıda olub. Həmin hadisə günü səfirlikdə 4-5 nəfər qalıbmış.

Hadisə 4.30 da səfirliyin bağlanma saatına yaxın vaxt baş verib. 16.00-dan sonra bütün səfirliklər bağlanır. Piketçilər elə bir zaman seçiblər ki, orada adam olmasın. Amma buna baxmayaraq, orada adam olub. Gəlin, açıq danışq, 30 nəfər vəhşinin qarşısında 3 nəfər diplomat nə edə bilər ki?

“Diplomatın vəzifəsi vəhşi təfəkkürlü şəxs və ya qrup ilə yumruqlaşmaq deyil. Həmin vaxt orada səfirin müvəqqəti işlər vəkili Rəşad Vahabzadə olub. O nə iş görə bilərdi? Polisi çağıra bilərdi. Konsul çöldə olub. Polisin gəlməsini koordinasiya edib.

Daha sonra polis gəlib, həmin vəziyyət dayandırılıb və səfirlik yenidən azərbaycanlıların nəzarətinə verilib”,- deyən Obalı bildirib ki, buna görə də, polisi və İranı bir kənara qoyub, Azərbaycan diplomatlarını tənqid etmək ayıbdır.

Əhməd Obalı bildirib ki, Azərbaycan səfirliyi ingilis polisindən dəfələrlə polis nəzarəti istəyib. Amma bildirilib ki, yer əmin-aman yerdir. Burada çox səfirliklər var. Əraziyə patrul nəzarət edə bilir.

Obalı qeyd edir ki, bu gün terrorçular Azərbaycan səfirliyinə nərdivan qoyub çıxa bilirlərsə, sabah daşnaklar da həmin işi görə bilər. Daha ağır nəticə verəcək addımlar ata bilərlər.

“Buna görə də yaxşı olar, Azərbaycan dövləti tələb etsin ki, necə Azərbaycanda Azərbaycan polisi İngiltərə səfirliyini qoruyur, İngiltərədəki polis də Azərbaycan səfirilyini qorusun. Azərbaycan dövləti bunu tələb etməlidir”,- deyə o, vurğulayıb.

Xatırladaq ki, hadisə “Mehdinin nökərləri” tərəfindən həyata keçirilib. Yaser Əl Həbib Küveytlidir, “Mehdinin nökərləri” qrupunun rəhbəri və qurucusudur. Molladır, şiədir. Gəncliyində İranda təhsil alıb, Qum şəhərində din məktəbində mollalıq dərsi alıb. Sadə dillə desək, Qum şəhərinin yetişdirdiyi beyin baxımından şiə fanatıdır. Şiəçilik fanatizmini də İranda oxuyub.

“İranda məhşur Şirazi ailələri var. Siyasi bir ailədir. Həmin ailənin qızı ilə evlənib. Müctəbaba Şirazi Xomeyni Nəcəfdə olanda onun ən yaxın adamı olub. Müctəba Şirazi, Xomeyni üçün hətta şeir də deyib”,- deyə Əhməd Obalı əlavə edib.

Əhməd Obalı deyir ki, İranda oxuyanların bir qismi fanatdır. (bizimyol.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar