SON XƏBƏRLƏR

Dünyanın 150-dən çox şəhərində İran etirazçılarına dəstək aksiyası keçirilib

2022.10.01, 16:20
Dünyanın 150-dən çox şəhərində İran etirazçılarına dəstək aksiyası keçirilib

Gunaz.tv

Bütün şəhərlərdə nümayişlərə çağırış edənlər etirazçı bir qadın fotosunun üzərində "vaxtı çatıbdır" məzmunlu şüar yazılan simvolik posterdən istifadə ediblər.

İspaniya, Polşa, İsveçrə, Belçika, Fransa, Skatlənd, Macarıstan, Almaniya, İtaliya, Yaponiya və onlarla başqa ölkələrdə keçirilən aksiyalara iranlı mühacirlərlə yanaşı hüquq müdafiəçiləri də qoşulub.

Aksiyalar bir sıra şəhərlərdə İran səfirliyi və konsulluqlarının qarşısında, bir sıra şəhərlərdə isə mərkəzi meydanlarda baş tutub.

Onlar "Vətəndən uzaqda da olsaq sizinlə birlikdəyik həmvətən", "İslam Respublikasını istəmirik", "Olüm olsun diktatora", "Ölüm olsun Xameneyiyə" və başqa şüarlar səsləndiriblər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar