SON XƏBƏRLƏR

Dünyanın müxtəlif şəhərlərində İran etirazçılarına dəstək aksiyaları keçirilir

2022.09.22, 16:50
Dünyanın müxtəlif şəhərlərində İran etirazçılarına dəstək aksiyaları keçirilir

Gunaz.tv

İranın onlarla şəhərində davam edən etiraz aksiyalarına dəstək və İranda yaşayan xalqlarla həmrəylik məqsədi ilə Nyu-York başda olmaqla onlarla şəhərdə aksiyalar keçirilib.

Paris, Malmo, Madrid, Los-Anceles, İstanbul, Beyrut, London, Köln, Toronto, Melburn, Vankuver və Berlin şəhərlərində iranlı mühacirlər və yerli əhali Tehran hökumətinin səfirlik, konsulluq və nümayəndəlikləri qarşısına toplaşıblar.

Aksiyalarda çıxış edənlər İran rejiminin insan haqlarını pozmasına, məcburi hicab qaydaları ilə qadınlara qarşı ayrı-seçkilik siyasətinə, bölgə və dünyada terrora dəstəyinə etirazlarını bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar